Accessibility links

Amerika özbəklərini terrorizmlə əlaqələndiriləcəkləri qorxudur


ABŞ-ın Fedral Məhkəməsinin bu həftə insanlar üzərinə maşın sürən Sayfullo Saipova terrorizm və qətl də daxil olmaqla, 22 maddə üzrə ittiham irəli sürməsindən sonra özbəklər terrorizmlə əlaqələndiriləcəklərindən qorxur.

Saipov keçən ay icarəyə götürdüyü avtomobili velosiped cığırına sürərək səkkiz nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olmuşdu.

Terroristlərin nə ölkəsi, nə dini, nə də milliyyəti olur

Sayfullo Saipov çərşənbə axşamı səkkiz nəfəri öldürmək, 12 nəfəri öldürməyə cəhd etmək, radikal İslam dövlətinə maddi dəstək göstərmək və nəqliyyat vasitələrini insanların üzərinə sürməklə onların ölümünə səbəb olmaq maddələri ilə rəsmi ittiham edilib.

Özbəkistandan olan Saipov Nyu-Yorkun Manhattan hissəsində baş vermiş hadisə yerinə gələn polis tərəfindən qarın nayihəsindən güllə ilə vurularaq, xəstəxanaya yerləşdirilmişdi.

Nyu-York şəhərində 2001-ci ildə 11 sentyabr hücumlarından sonra ən çox insan ölümülə nəticələnmiş terror hücumunun məsuliyyətini İslam Dövləti üzərinə götürmüşdü.

Polis tərəfindən yaralandıqdan sonra xəstəxanaya yerləşdirilən Saipov palatasına İŞİD-in bayrağını tələb edib.

Seyfullo Saipov
Seyfullo Saipov

ABŞ-da mətbuat onun milliyətini tez-tez vurğulayır. Bu isə özbəklər arasında Saipovun kimliyinin necə açıqlanması barədə debatlara yol açıb.

Özbək-Amerika icmasını vətənlərindən olan kiminsə terrorizmdə ittiham edilməsi çaşqınlıq yaradıb.​

Bir çoxları 2010-cu ildə Mühaciərt Viza proqramı ilə Amerikaya köçən Saipovun milliyətinə üstünlük verilməsindən narahtlığını bildirir. Onlar terroristin terrorist adlandırılmasını istəyir.

Çikaqoda yerləşən Özbək-Amerika Assosiasiyasının rəhbəri Olim Şaripov deyib ki, terroristlərin nə ölkəsi, nə dini, nə də milliyyəti olur.

Özbəkistanda da bəzi özbəklər özlərini Saipovla əlaqələndirilməsinin əleyhinədir. Daşkənddən təhlükəsizlik səbəbi ilə adının açıqlanmasını istəməyən gənc bir araşdrmaçı deyib ki, o, indi amerikalıdır.

2015-ci ildən bəri bu, özbəklərlə bağlı yeddinci terror insidentidir.

Amerikanın özbək icması baş verənlərin yeni vətənlərində yaxşı işlər görmək istəyənlərə ləkə vuracağından ehtiyat edir.

XS
SM
MD
LG