Accessibility links

"Tərtər ağır silahlardan atəşə tutulur"


Mayın 13-də saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

Bu barədə məlumat yayan Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, "Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür."

2 dron...

“Silahlı Qüvvələrimizin sərəncamında olan bütün məxsus pilotsuz uçuş aparatları yerindədir ”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında belə deyilir.

Nazirlik Ermənistan mətbuatında Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulmasına dair yer alan fikirləri təkzib edib.

“Bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyirlər. Mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA vurulub” - deyə nazirliyin məlumatında bildirilir. (AzadlıqRadiosu)

XS
SM
MD
LG