Accessibility links

Tesla, özü idarə olunan yük maşınlarının sınağına hazırlaşır


ABŞ-ın tanınmış elektokar istehsalçısı Tesla, uzun müsafələrə səyahət edə biləcək və özü idarə olunan, elektrik yük maşınlarının sınaqlarına başlamağa yaxındır. Bu yük maşınları aparıcı maşının arxası ilə konvoy şəklində hərəkət edə biləcəklər.

Verilən məlumata görə, şirkət Nevada Nəqliyyat Vasitələri İdarəsinə müraciət edərək, ştat yollarında yük maşınlarının sınağının keçirilməsinə icazə verilməsi imkanları haqqında maraqlanıb.

Bu həftənin əvvəli Teslanın təsisçisi Elon Mask yeni, uzun məsafələrə səyahət edə biləcək yük maşınlarının sentyabrda nümayiş etdiriləcəyini bildirmişdi. Lakin Mask, həmin maşınların avtonom idarə texnologiyaları ilə təchiz edilməsi planları haqqında bir söz deməmişdi.

Uzun məsafələrə səyahət edən yük maşınları adətən ştatlararası magistrallarda, çox sabit sürətlə və yol ayırıcıları olmayan ərazilərdən keçirlər. Bu isə avtonom idarə edilən maşınların işini asanlaşdırır.

Volvo, Mercedes və bir neçə Silikon Vadisi şirkəti də daxil olmaqla yük maşınları istehsalşıları bir neçə maşının qrup halında hərəkət etməyinə imkan verəcək texnologiyalar üzərində çalışırlar. Bu texnologiya imkan verir ki, yalnız öndə gedən maşın insan tərəfindən idarə edilsin və digər maşınlar onu təqib etsin.

Lakin avtomobil istehsalçılarının bu texnologiyanın mükəmməlləşdirilməsinə müvəffəq olduqları halda belə, elektriklə idarə olunan avtomobillərin uzun müddətli hərəkəti üçün vacib hesab olunan enerji saxlama qabiliyyəti məhdud olaraq qalır.

XS
SM
MD
LG