Accessibility links

Texasda atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb


Texas ştatının Ostin şəhərində atışmada bir nəfər ölüb, üçü nəfər isə yaralanıb.
Ostin şəhər polis idarəsinin rəisi Brayan Menli kimliyi müəyyən edilməyən silahlı şəxsin izdihamlı kütləyə atış açması nəticəsində qarışıqlığın yarandığını deyib.

Hadisəni törətmiş şübhəli şəxsin axtarışı gedir. Hücumun motivləri də hələ aydın deyil.

Polis 20 yaşlarında olduğu güman edilən silahlı şəxsin tapılması üçün video görüntülər də daxil olmaqla, ictimai informasiyanıntəqdim edilməsi haqda müraciət edib.

Atışmadan bir qədər sonra polis rəisi Menlinin silahlı şəxsin avtomobil dayanacağında yaranmış mübahisə zamanı atəş açdığını bidirib. Hadisənin baş verdiyi yerdə olan insanlar silahlı şəxsi saxlaya bilib və o, xəstəxanaya çatdırılıb.

Polis əvvəl bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu və bir nəfər tərəfindən törədildiyini ehtimal edib. Lakin sonradan aparılmış təhqiqat hadisələrin bir-biri ilə əlaqəsi olmadığını göstərib.

Bu yaxınlarda Dallas şəhərində polis zorakılığına qarşı dinc nümayiş zamanı polis zabitlərinin hədəf alınaraq öldürülməsindən sonra ölkə boyu və xüsusilə də Texas ştatında polis qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG