Accessibility links

ABŞ Ədliyyə Nazirliyi Texas ştatında seçkilərə nəzarət səlahiyyətini bərpa etməyə çalışır


ABŞ Ədliyyə Nazirliyi bildirir ki, federal məhkəmədən nazirliyin Texasda seçki qanunları üzərində səlahiyyətinin bərpa olunmasını tələb edəcək. Bir neçə həftə bundan əvvəl Ali Məhkəmə bu səlahiyyəti ləğv etmişdi.

ABŞ-ın baş prokroru Erik Holder Fiadelfiya Milli Şəhər Liqasında çıxışında bildirib ki, Ədliyyə Nazirliyi Texas ştatının San Antonio şəhərinin daxil olduğu federal dairə məhkəməsində bu barədə vəsatət qaldıraraq ştat hökumətinin seçkilərdə dəyişiklik etməzdən öncə federal hökümətdən təsdiq almasını tələb edəcək. O, keçmişdə Texas ştatının seçkilərdə qəsdən etnik azlıqları ayrıseçkiliyə məruz qoyduğunu deyib.

ABŞ Ali Məhkəməsi iyun ayında 1965-ci il Seçki Haqları Aktının əsas hissəsini etibarsız saydıqdan bəri Obama administrasiyası seçkilərdə ayrıseçkiliyin qarşısını almaq üçün yollar arayır. Ali Məhkəmənin beş üzvündən dördü əlavə federal araşdırmalara ehtiyacı olan ştat və bölgələri müəyyənləşdirmək üçün istifadə olunan formulun köhnəldiyini bildirib.
XS
SM
MD
LG