Accessibility links

Texasda treylerdə 8 cəsəd aşkar edilib


ABŞ-ın Texas ştatında traktora yüklənən treylerdə 8 cəsəd aşkar edilib.

Maşında uşaqlarda olmaqla, 28 adam olub. Onların 17-nin vəziyyəti isti hava şəraitinə görə kritik haldadır.

Bu insanların daha bir gecəni maşında keçirə bilməyəcəkləri deyilir. Treyler soyuducu maşını olsa da kondisionerləri çalışmayıb.

Bu insanlar Walmart işçilərindən su istəməsi ilə aşkar edilib. Onlara su verən işçilər daha sonra polisə zəng edib.

Polis idarəsinin rəisi Ulyam Makmanus deyib ki, insan qaçaqmalçılarının axtarışı aparılır. O, vəzyyəti dəhşətli faciə adlandırıb.

San Antonio polisi təhlükəsizlik kameralarında sürücünün bir necə nəfəri maşından çıxararaq apardığı görünütüləri olduğunu bildirib.

Bu şəhər Meksikanın Nuevo Leon ştatından bir neçə saatlıq məsafədə yerləşir.

XS
SM
MD
LG