Accessibility links

Texasda yeni qanun insanlara üzərilərində silah daşımaq haqqı verir [Video]


Texasda yeni qanun insanlara üzərilərində silah daşımaq haqqı verir
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Texasda yeni qanun insanlara üzərilərində silah daşımaq haqqı verir

Amerikalıları ikiyə bölən bir siyasi məsələ də silaha sahib olmaq hüququdur ki, bu hüququ vətəndaşlara ABŞ Konstitusiyası tanıyır. Lakin Konstitusiyanın “silah daşıma hüququ” hökümətin bəzi məhdudiyyətlər tətbiq etməsinin qarşısını almır. Yeni ilin əvvəlində Texasda gizli silah lisenziyaları olan silah sahiblərinə üzərilərində silah daşımaq haqqı verən qanun qüvvəyə minib. Bəzi mağazalar isə mülkiyyətlərində silahların daşınmasını qadağan etmək hüququna malik olmaq istəyirlər. Amma ən azından digər bir sahibkar da müşətirləri silahlarını gətirməyə təşviq edir.

Biz Konstitusiyaya ikinci düzəlişi dəstəkləyirik və beləcə özlərini, iş yerlərini, ailələrini qorumaq üçün silah daşıyan insanlara minnətdarlığımızı göstəririk.
Trent Bruks

Müştərilər Brooks’ Place-ə hisə verilmiş mal əti almağa gəlirlər, amma üzərilərində silahla gəlsələr 10 faiz endirim əldə edirlər.

Mağaza sahibi Trent Brooks qanuna tabe olan silah sahiblərinin cinayətin qarşısını almağa yardım etdiklərini düşünür.

“Biz Konstitusiyaya ikinci düzəlişi dəstəkləyirik və beləcə özlərini, iş yerlərini, ailələrini qorumaq üçün silah daşıyan insanlara minnətdarlığımızı göstəririk.”

Brooks deyir ki, əksər müştərilərin bu qayda ilə heç bir problemi yoxdur. Amma bəziləri də silahların onlarda ürəkbulanmaya səbəb olduğunu deyir.

“Bəzi insanlar bir də bura gəlməyəcəklərini, bəziləri isə dəstəkləyəcəklərini deyir. Bu onların seçimidir.”

Ancaq müştərilərin çoxu silah daşımır və endirimdən faydalanmır, həttə digər vaxtlarda silahı üzərilərində daşıyanlar.

Silah daşımaq hüququ tərəfdarları Texasdakı yeni qanunu qeyd etmək üçün silahları ilə birgə aksiyalar keçirib. Buna baxmayaraq isə bir çox silah sahibi qanunun özəl mülkiyyətlərdə silah daşımağa qarşı qadağaların artmasına səbəb olduğunu deyir.

Bəzi bizneslər silahlara qadağa qoyan elanlar asıb, digərləri isə asmayıb. Bunlardan biri də Kroger ərzaq dükanıdır.

Müştərilərin çoxu isə alış-veriş zamanı silah görməkdən narahat olur.

“Əgər köynəklərinin və ya jaketlərinin altında saxlasalar olar, amma görsənən yerdə gəzdirirlərsə bu məni bir az narahat edir. Mən uşaqlarımın silaha yaxın olmasından narahat oluram,” deyə mağaza müştərisi bildirir.

Bəzi insanlar bir də bura gəlməyəcəklərini, bəziləri isə dəstəkləyəcəklərini deyir. Bu onların seçimidir/
Trent Bruks

“Amerikada Analar Silah Həssaslığı Aktivliyi Tələb Edir” qrupunun Texas filialı Kroger və digər bizneslərin qanunlarını dəyişmələrini istəyir.

Texasda yaşayan 27 milyon insanın sadəcə 3,5 faizinin silah daşımağa icazələri var, ona görə də, çox güman ki, burada çox adam polis zabitindən başqa heç kəsin üəzrində silah görməyib. Buna baxmayaraq avqust ayında dövlət kollec və universitetlərində açıq çəkildə silah daşınmasına icazə verən qanun qüvvəyə mindiyi zaman ictimai reaksiyanın daha böyük olacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG