Accessibility links

Texasdakı qətliamdan sonra silaha nəzarətlə bağlı müzakirələr yenilənib [Video]


Texasdakı qətliamdan sonra silaha nəzarətlə bağlı müzakirələr yenilənib
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Texasdakı qətliamdan sonra silaha nəzarətlə bağlı müzakirələr yenilənib

Kiçik Sazerlend Sprinqs şəhərinin sakinləri kilsədə ibadətçilərin kütləvi qəltimanının təsirlərindən qurtarmağa çalışdığı bir vaxt, silahlı şəxsin keçmişi və məişət zorakılığı tarixçəsinə baxmayaraq onun qanuni şəkildə silah almasına imkan yaradan böyük səhvlə bağlı yeni tükürpədici məlumatlar ortaya çıxır.

Polis silahlı şəxs Devin Kellinin beş il öncə ABŞ Hava Qüvvələri bazasına gizlicə silah daxil etməsindən və komandirlərinə hədə gəlməsindən sonra yerləşdirildiyi psixi sağlamlıq mərkəzindən qaçdığını açıqlayıb.

Məişət zəminində zorakılıq törədən şəxslərin silaha çıxışı olmamalıdır. Amma o silah ala bilib.
Pol Rayan

Elə eyni dövrdə o, Hava Qüvvələri tərəfindən hərbi məhkəmə qarşısına çıxarılıb və daha sonra ilk həyat yoldaşı və onun körpə oğluna qarşı zorakılıq tətbiq etdiyinə görə həbs cəzası alıb.

Lakin onun cinayət tarixçəsi Federal Təhqiqat Bürosunun məlumat bazasına daxil edilməyib.

Hava Qüvvələri hökmlə bağlı FBI-ya məlumat vermədiyini təsdiq edib. Bu səhv isə onun qanuni şəkildə cinayət silahı almasına imkan yaradıb.

“Məişət zəminində zorakılıq törədən şəxslərin silaha çıxışı olmamalıdır. Amma o silah ala bilib”, deyə ABŞ Nümayəndələr Palatasının spikeri Pol Rayan bildirib.

Müstəntiqlər bazar günü baş verən hücuma dair suallara cavab axtarmağa davam etdiyi bir vaxt, çoxları əsas diqqətin silaha nəzarət qanunlarına yetirilməli olduğunu iddia edir.

"Əgər silahlara çıxış bu qədər asan olmasaydı, bu, baş verməzdi. İnsanlar bu silahları daha rahat şəkildə ala bilir. Amma silahlara daha böyük nəzarət, daha çox qaydalar və qanunlar olmaldır", deyə Sui-Qəsd Cəhdindən Sağ Qalan İnsanlara Dəstək Qrupundan Donna Uotson söyləyir.

Senatda ikinci ən yüksək vəzifəli respublikaçı deyir ki, bu elə məsələdir ki, hətta bölünmüş Konqres belə bu məsələdə ortaq məxrəcə gələ bilər.

“Bəzi məsələr üzərində razılıq var. Bu da xüsusilə kriminal tarixçənin yoxlanış sistemi ilə bağlıdır ki, psixi xəstəliyi olan insanlar, keçmiş məhbuslar və məişət zorakılığı törədən insanların silahlara çıxışı olmasın. Lakin təəssüf ki, bu sistem çöküb və nəticədə 26 nəfər ölüb, 20 nəfər isə yaralanıb”, ABŞ Senatının nüfuzlu respublikaçısı Con Kornin söyləyib.

Sazerladn Sprinqs icması dostları və qoşularının ölümünün verdiyi kədərin öhdəsindən gəlməyə çalışdığı bir vaxt, ölkə silahalara nəzarət ilə bağlı müzakirələri davam etdirir.

XS
SM
MD
LG