Accessibility links

Texasda bomba hücumları həyata keçirənlərin axtarışı davam edir


ABŞ-ın Texas ştatının polisi Austin şəhərindəki evlərin yaxınlığında iki afro-amerikalının ölümünə və bir ispan qadının yaralanmasına səbəb olan bomba paketlərinin partlamasında kimlərin məsuliyyət daşıdığını müəyyən etməyə çalşır.

Polis partlayışla bağlı qurbanlar arasında əlaqənin olub-olmadığını müəyyən etməyə çalışır və hücumun nifrət zəminində edildiyini də istisna etmir.

Bazar ertəsi baş verən bomba hücumu 17 yaşlı gəncin ölümünə, 75 yaşlı qadının yaralanmasına, martın 2-də isə 39 yaşlı afro-amerikalı kişinin ölümünə səbəb olub.

Polis partlayıcı maddə yerləşdirilmiş paketlərin qurbanların evlərinin qapısı qarşısına qoyulduğunu və onların həmin paketləri evə gətirdikdən sonra partladıqlarını deyib.

Austin şəhərinin sakinlərinə heç bir şübhəli bağlamaya yaxın getməmələri barədə xəbərdarlıq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG