Accessibility links

Texasda polis zabiti öldürülüb


Bazar ertəsi 19 yaşlı tələbə Texasın Texniki Universitetinin kampusunda polis zabitini güllələyərək öldürüb.

Şübhəli nəzarət altına alınıb. Kampusun bağlanması göstərişi ləğv edilib.

İlkin bəyanatlarda şübhəlinin Hollis Daniels adlı tələbə olduğu bildirilmişdi.

Universitetin açıqlamasında deyilir ki, polis tələbənin otağında yoxlanış apararkən narkotik maddələr və onlardan istifadə alətləri aşkar edib. Digər polis işçiləri onu polis məntəqəsinə aparıb. Həmin vaxt tələbə silah çıxararaq polis zabitini öldürüb.

Universitet rəsmiləri kampusun bağlanması və tələbələrin təhlükəsiz yerlərdə sığınacaq tapmasına göstəriş verib.

Texas qubernatoru Qreq Abbott bəyanatla çıxış edərək, öldürülən zabitin ailəsinə başsağlığı verib. Abbott həmçinin bildirib ki, istitaqın gedişində ştatın hüquq-mühafizə resurslarından istifadə ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG