Martın 7-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları “Texnikabank”ın müşahidə şurasının sədri Etibar Əliyevi saxlayıb. Turan Agentliyinin məlumatına görə, martın 10-da o, Səbail rayon məhkəməsinin qərarı ilə fırıldaqçılıq ittihamı ilə 3 ay müddətinə həbs edilib.
Qeyri-rəsmi mənbələrin agentliyə məlum olub ki, həbsə Gürcüstan prezidenti Mixail Saakaşvilinin şikayəti səbəb olub. Belə ki, bu yaxınlarda Bakıya səfəri zamanı Saakaşvili İlham Əliyevə bildirib ki, “Texnikabank” bir gürcü biznesmenin vəsaitlərini faktiki olaraq mənimsəyib və qaytarmaqdan imtina edir. Biznesmenin Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciətləri nəticə verməyib. Saakaşvilinin müraciətindən sonra şikayət araşdırılıb və tədbirlər görülüb.
Faktla bağlı bankdan və Milli Təhklükəsizlik Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Səbail rayon məhkəməsi onun barəsində 3 ay həbs qəti imkan tədbiri seçib.