Accessibility links

Texnologiya - faydalar və zərərlər? [Video]


Texnologiya - faydalar və zərərlər?
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Texnologiya - faydalar və zərərlər?

Bu günlər restoranda birlikdə yemək yeyən insanların bir-biri ilə söhbət etməməsi adi hala çevrilib. Bunun əvəzinə onlar smartfonlarından istifadə edir. Bəzilərinin firkincə bu, texnologiyanın cəmiyyətə vurduğu ziyanın nümunəsidir. Başqaları isə daim inkişaf etməkdə olan texnologiyaların insanların həyatını yaxşılaşdırdığını iddia edir.

Hər üç evlilikdən biri onlayn başlayır. Bu evliliklərin çoxu da müxtəlif yerlərdən insanları bir araya gətirir. Fikrimcə, bu, dünya üçün müsbət bir haldır.

Darıxmağa son qoymaqdan tutmuş, sevgi axtarışına kimi demək olar hər şey indi bütün dünyada internetə çıxışı olan mobil cihazlar və ya kompyuterlər vasitəsilə həll ola bilər.

“Texnologiya ilə bağlı problemlərdən biri odur ki, biz onun ya tamamilə yaxşı, ya da zərərli bir şey olduğunu düşünürük. Amma bu belə deyil, texnologiya sadəcə bir vasitədir,” deyə Linda Börç bildirir.

Bu, insanların uşaqları ilə əlaqədə saxlamasına yardım edə bilən, dostları bir araya gətirən, alış-verişi asanlaşdıran bir vasitədir... İntel şirkətindən Bridcet Karlin bir-biri ilə əlaqəsi olan dünyanın daha yaxşı bir dünya olduğunu deyir:

“Biz elə bir zamanda yaşayırıq ki, texnologiya təkcə cihazlara görə deyil, yaratdığı təcrübəyə görə dəyərlidir.”

İnternet insanların bir-biri ilə tanış olması yolunu dəyişib. İstər sosial media və ya tanışlıq saytı olsun, burada istifadəçilər daha çox adamla əlaqə yarada bilir.

“Bu da texnologiyanın başqa faydalı tərəfidir”, deyə bir neçə tanışlıq saytının yaradıcısı olan Sam Yaqan bildirir.

Sosial media
Sosial media

“Hər üç evlilikdən biri onlayn başlayır. Bu evliliklərin çoxu da müxtəlif yerlərdən insanları bir araya gətirir. Fikrimcə, bu, dünya üçün müsbət bir haldır," deyə o bildirir.

Texnologiyanın üçüncü faydalı tərəfi isə tələbələr üçün əvvəllər mövcud olmayan imkanların verilməsindən ibarətdir.

Linda Börç: “İndiki dövrdə uşaqların öz yaradıcılıqlarını nümayiş etdirmək üçün texnologiyadan istifadə etməsi inanılmazdır. Bu sahədə gənclərin istedadı adamı həyəcanladırır.”

Amma bu həyəcanla yanaşı valideynlərin bir çoxu texnologiya qarşısında qorxu hissi də keçirir.

“Biz firikləşirik ki, görəsən texnologiya övladlarımızın beyninə necə təsir göstərir? Bu uşaq necə olacaq? Artıq iki yaşından bəri texnologiyadan istifadə edən uşaqla bu dünyada nnecə baş aça biləcəyik?” deyə Linda Börç əlavə edir.

Biz elə bir zamanda yaşayırıq ki, texnologiya təkcə cihazlara görə deyil, yaratdığı təcrübəyə görə dəyərlidir.
Bridcet Karlin

Araşdırmanın nəticələri göstərir ki, ekran qarşısında çox vaxt keçirmək insanların əsas sosial davranışlarını məhdudlaşdırır.

“So 30 ildə, universitet tələbələri arasında mərhəmət dərəcəsini ölçmək üçün istifadə etdiyimiz imkanlar 40 faiz azalıb,” deyə sosioloq alim Şerri Törkl bildirir.

O deyir ki, mərhəmət insanların bir-biri ilə canlı ünsiyyət qurduqları zaman yaranıb inkişaf edir. Onun sözlərinə görə, texnologiya insanları başqa davranış vərdişlərindən da məhrum edir.

Texnologiyanın faydalı və zərərli tərəfləri haqda debatlar davam etdiyi vaxt o, inkişafına davam edir və insanların texnologiyadan necə istifadə etməli olduqları barədə yeni müzakirələrə yol açılır.

XS
SM
MD
LG