Accessibility links

"Növbəti Veb Konfransı" texnologiya həvəskarlarını bir araya gətirib [Video]


"Növbəti Veb Konfransı" texnologiya həvəskarlarını bir araya gətirib
please wait

No media source currently available

0:00 0:02:47 0:00

20 mindən çox rəqəmsal texnologiya həvəskarı və sahibkar Amsterdamda bir araya gələrək son texnoloji inkişaflar haqda müzakirələr aparıb. Son illər startup adlanan biznes şirkətləri insanların həyatını dəyişdirəcək cihazlar və applikasiyalar inkişaf etdirib.

Amsterdamda keçirilən “Növbəti Veb Konfransı” texnologiya dünyasının mərkəzinə çevrilib. İki gün davam edən konfrans 11-ci ilini qeyd edir. Konfransa hazırki və gələcəkdə baş verə biləcək texnoloji inkişaflar müzakirə olunur.

Konfransın direktoru Boris Veldhuizen van Zanten deyir ki, rəqəmsal texnologiyanın insanların gündəlik həyatına təsirini əhəmiyyətsiz qoymaq olmaz.

Boris Veldhuijen: “Düşünürəm ki, texnologiya buna o qədər təsir edir ki, biz hər bir dəyişikliyə fikir verməliyik və bunu təxmin etmək çox çətindir. Biz yeni texnologiya, yeni cihazlar əldə edildikdə imkanların artdığının şahidi oluruq.”

Son on ildəki dəyişikliklər nəzərə alınsa, tələbələ yataqxanalarında yaradılmağa başlayan startup şirkətlər və kiçik bizneslər dünya miqyasında inqilab yaradıb. Bu, foto şəkillərin paylaşmasından tutmuş tətil yerinin seçilməsinə qədər çox şeyi əhatə edir.

Konfransda kiçik biznes şirkətləri öz məhsulları və yeni ideyaları nümayiş etdirir. Almaniyanın Mixdown şirkəti istifadəçinin özünün musiqi bəstələyə biləcəyi applikasiya inkişaf etdirib.

Ceremias Eiçelbaum: “Bu, həqiqətən asandır. Siz kiçik nazik xətt çəkirsiniz və işarələri bir sıraya düzərək istədiyiniz səslərdən ibarət musiqi yaradırsınız.”

Startup-lar üçün şərait həmişə münasib zaman olmur və belə görünür xüsusilə də Avropada.

Ceremaya Eiçelbaum: “Çünki əgər sizin bir ideyanız varsa, deməli pula da ehtiyacınız var. Bu da Avropada çətindir. İnvestorlardan pul istəyirsinizsə, müvəffəqiyyət qazanacağınızı sübut edə bilməlisiniz.”

Startup-ların çoxu maliyyənin olmaması səbəbindən çökür. Cedi Veller iki əvvəl öz biznesini yaradaraq, applikasiya və vebsaytlar düzəldir. O, gənc sahibkarların hansı çətinliklərdən keçdiyini yaxşı bilir.

Cedi Veller: “Çox adam bizə gəlib və deyib ki, mən applikasiyamı 100 faiz özüm quracam və bazara çıxaracam. Bu, tamamilə reallıqdan kənardır. Sizin applikasiyanın bir neçə özəlliyi olmalıdır. Onu düzəlməlisiz, sonra yoxlamalısız. Birdən-birə 100 özəlliyi olan applikasiya qurmayın. İstifadəçilər onu bəyənməyə bilər.”

Rəqəmsal texnologiyaların insanların həyatında daha çox rol oynamağa başlayacağını məlum olsa da, bunun detallarını təxmin etmək çətindir. Bəlkə də gələcəkdə bu problemi də həll edəcək bir applikasiya da yaradıla bilər.

XS
SM
MD
LG