Accessibility links

Texnologiya sərgisi - 2016 [Video]


Texnologiya sərgisi - 2016
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Dünyanın ən nəhəng elektronika sərgisi çərşənbə günü Las Veqasda başlayıb. Sərgidə yüksək keyfiyyətli TV-dən tutmuş, sürücüsüz avtomobillərə kimi fərqli texnologiyalar nümayiş olub.

Televizor istehsalçıları istehlakçıları HD TV-lərin artıq dəbdən düşdüyünü və artıq televizorlarını yeni 4K və ya 8K keyfiyyətli televizorlara əvəz etmələri gərəkdirdiyini inandırmağa çalışırlar.

4K və 8K yüksək keyfiyyətli ekranlar 4min və ya 8 min piksel horizontal görüntüyə malikdirlər və görüntünü daha da real edirlər.

Virtual reallıq texnologiyaları da ziyarətçilərin diqqətin çəkib. Virtual reallıq gözlükləri vasitəsiylə video oyunları fərqli dünyaya daşımaq olur.

Erik Brayt: “Biz əminliklə inanırıq ki, bu əvvəllər video oyunlara marağı olmayanlar da daxil olmaqla oyun sevənlərin sayın artıracaq”

Texnologiyada inkişaflar və özünü idarə edən avtomobillərin geridə buraxdığımız illərdə sınaqdan keçirilməsi gələcəkdə daha da yüksək texnologiyaya malik avtomobilləri görəcəyimizə sübutdur.

İstehsalçılar uzun, yorucu və tıxaclı yolda sürücünün sükanı buraxa biləcəyi avtomobili təqdim etməkdə yarışırlar.

Paul La Puenta: “Biz özünü idarə edən, dayanıb və sonra yoluna davam edə bilən avtomobilə artıq sahibik. Bu həqiqətəndə insan həyatının standardlarını yüksəldir və səyahəti daha təhlükəsiz edir.”

Bunlarla yanaşı geyilə bilən cihazlarda da yeniliklər müşahidə olunub. Ağıllı saatla yanaşı, ağıllı eynək və hətta üzük belə yeni geyilə bilən cihazlar ailəsinə daxil olub.

Əlbəttə ki, robotları unutmaq olmaz. Cibinizə qoya biləcəyiniz robotlardan tutmuş, yük daşınmasında istifadə olunan robotlara qədər.

Ahti Heinla: “Yükünüz biri tərəfindən qapınıza gətirilib, qapını döyüb sizə təqdim edilməkdənsə, bunu robot edəcək.”

Ekspertlər deyir ki, 2016 yeni və maraqlı texnologiyaların kəşf olunacağı il kimi gözlənilir.

XS
SM
MD
LG