Accessibility links

Suya qənaət etmənin yeni yolu [Video]


Suya qənaət etmənin yeni yolu
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Astronavtların fəzada işlətdikləri suyu yenidən emal etməkdən başqa çıxış yolları yoxdur. Orbsys şirkəti bu konsepti Yer Kürəsinə gətirib. Fəza duş sisteminin müəllifi İsveçdə yerləşən Orbital System şirkətinin rəhbəri Mehrdad Məhdcubidir.

Mehrdad Məhdcubi: "Gələcəyin duş alma metodu suyun yenidən emalına söykənir. Beləliklə 90 faiz suya, 80 faiz enerjiyə qənaət olunur və eyni zamanda gigiyena və rahatlıq baxımından da səmərəlidir. Su kanalizasiyada toplandıqdan sonra analiz edilir, təmizlənir və geri duşa göndərilir. Təmizləmə texnologiyasının xüsusi özəlliyi nədir? Bu suyu büllur kimi təmiz edən şəffaflaşdırma kapsulu ilə əlaqəlidir."

Məhdcubi NASA və İsveç Lund Universiteti arasında Mars missiyası üçün dizayn edilmiş lahiyədən ilhamlanıb. O, astronavtların duş suyunu dəfələrlə yenidən istifadəsinə icazə verən sistemi adaptasiya edib.

Cihaz İsveçdə sınaqdan keçirilərək dörd ayda 100 min litr suya qənaət edilib. Bu nəticələrə əsaslanaraq Məhdcubi şirkətinin yeni duş sistemini dünyada yayacağına əmindir.

Mehrdad Məhdcubi: "Bizim bazarımız duş qəbul edən hər bir insandır. Su təlabatının yüksək olduğu hamamlar, idman mərkəzləri bu bazardan ən çox faydalananlardır. Həmçinin su təlabatının və qiymətlərinin yüksək olduğu yerlərdə yaşayanlar üçün də bu sərfəlidir."

Şirkət artıq bir neçə biznes və ixtiralar üzrə mükafatlar qazanıb.

XS
SM
MD
LG