Accessibility links

Dövlət Sərhəd Xidmətinin rəisi və Ədliyyə nazirinin müavini təyin edilib


Məhərrəm Əliyev

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi və Məhərrəm Əliyev Ədliyyə nazirinin müavini təyin edilib.

General-polkovnik Elçin Quliyev bundan öncə Dövlət Sərhəd Xidmətinin rəisi və Sərhəd Qoşunlarının komandanı idi. Sərhəd Qoşunlarının komandanı vəzifəsinə hələ təyinat yoxdur.

General-leytenant Məhərrəm Əliyev uzun illər Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. Sonra Tacikistana səfir göndərilib. 2012-ci ildə oradan qayıdıb və sonra Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri olub. O, Azərbaycan Prezident Administrasiyanın yeni strukturunda yer almayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG