Accessibility links

Mikayıl Cabbarov vergilər naziri təyin edilib


Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Mikayıl Cabbarov vergilər naziri təyin edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Cabbarov Mikayıl Çingiz oğlu 2013-cü il aprelin 19-dan Azərbaycanın təhsil naziri idi. O, 2004-2009-cu illərdə iqtisadi inkişaf nazirinin müavini, 2009-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub.

Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.

Prezidentin digər sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib. O, 2000-ci ildən vergilər naziri idi.

XS
SM
MD
LG