Accessibility links

Türkiyə qanunvericiləri İslam Dövlətinə qarşı hərbi əməliyyatlara dair qərar qəbul edib


Türkiyə qanunvericiləri sərhəd bölgələrdə İslam Dövləti yaraqlılarına qarşı hərbi əməliyyatlardan istifadə edilməsinə dair qanun qəbul edib.

Sənəd İŞİD-ə qarşı xarici qüvvələrin Türkiyə ərazisindən əməliyyat aparmalarına da imkan verir.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri qrupun genişlənməsinə mane olmağa çalışır.

Hazırda İraqda olan Amerika generalı Con Allen Türkiyəyə səfər etməlidir.

Son həfətlər İŞİD-in sərhəd Kobani şəhərinə doğru irəliləməsi gəndinlikləri artırıb.

Suriyanın cənub sərhədlərinin müdafiə qüvvələrinin rəisi xarici yardım olmadan yaraqlıları məğlub etməyin qeyri-mümkün olduğunu deyib.

Amerikanın Səsinə müsahibəsi zamanı İsmət Şeyx Həsən bildirib ki, bölgəni müdafiə edən kürd döyüşçüləri koalisiya qüvvələrinin hücumlarına görə tərk edilib.

O, İŞİD yaraqlılarının şəhərə daxil olub, əhaliyə qarşı genişmiqyaslı qırğın törətmələrinin yalnız vaxt məsələsi olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG