Accessibility links

ABŞ-ın yeni təyyarə daşıyan gəmisinə prezident Fordun adı verilib



ABŞ Hərbi Dəniz Qüvvələri USS Gerald Ford adlı müasir təyyarə daşıyan atom gəmisinin təqdimatı mərasimini keçirib. Bu, müasir tipli təyyarə daşıyan gəmilərin yeni nəslini təmsil edən ilk belə gəmidir. Gələcəkdə 10-dan artıq müasir təyyarə daşıyan gəminin inşa edilib istifadəyə verilməsi nəzərdə tutulur.

ABŞ-ın mərhum prezidenti Cerald Fordun adının verildiyi gəminin təqdimatı mərasimi Virciniya ştatında tərsanədə keçirilib. 100 min ton çəkisi olan gəminin inşası 13 milyard dollar başa gəlib. ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri gəminin istismara verilməsi ilə suda hərbi əməliyyatların aparılmasında yeni dövrün açılacağını bildirib.

Əvvəlki gəmilərlə müqayisədə təyyarələrin havaya qalxması daha tez həayta keçiriləcək, ekipaj üzvlərinin sayı da daha az olacaq. Təyyarə daşıyan gəmidən eyni zamanda məsafədən istifadə edilən cihazların havaya qalxması mümkün olacaq.

USS Cerald Ford təyyarə daşıyan gəmi 2016-cı ildə istifadəyə veriləcək.

Prezident Cerald Ford 2006-cı ildə dünyasını dəyişib. O, 1974-1977-ci illərdə ABŞ prezidenti olmuşdur. Cerald Ford Uotergeyt qalmaqalı ilə əlaqədar prezident Riçard Niksonun istefa verməsindən sonra hakimiyyətə gəlmişdi.
XS
SM
MD
LG