Accessibility links

Elektrik mühərriklə işləyən təyyarələrin istehsalı başlayır


"Zunum Aero" startap layihəsi elektirk mühərriklə çalışan 10-50 nəfərlik hibrid təyyarələrin 2020-ci ilədək istifadəyə verilməsi planlarını açıqlayıb. Bu, turizm sahəsinə yenilik gətirərək uçuş biletlərinin qiymətlərinə və uçuş vaxtına xeyli qənaət edəcək.

ABŞ-ın Azərbaycandalı səfirliyi Facebook səhifəsində yazır ki, "Zunum" startapın ideyası tam batareya ilə çalışan mühərrik sistemini qurmaqdır, lakin hansısa xəta baş verdiyi halda bu mühərrik avtomatik yanacaq üzərindən çalışacaq. Bu, həmçinin sərnişinlərin də rahatlığını təmin edəcək, çünki bir xəta baş verdiyi halda alternativ üsulun olması hər kəs üçün olduqca əlverişlidir.

Zunum-un sözlərinə görə, elektrik mühərriklə çalışan təyyarələr 700 mil məsafəni fəth edə biləcək və bu məsafə 2030-cu ildə artıq 1000 milədək qalxacaq. Şirkət inanır ki, yaxın gələcəkdə onların bazarda payı bir nəçə milyard dollar dəyərində olacaq və onlar bunun hamısını ətraf mühitə görə məsuliyyətlərini dərk edərək və havaya karbon emissiyasını azaldaraq edəcək.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG