Martın 24-də Azərbaycan Hava Yollarına məxsus Boeng 757-200 tipli təyyarə Bakı-İstanbul reysini həyata keçirdikdən sonra təkərində yanğın baş verib. Təyyarə Türkiyə vaxtı ilə saat 10.50-də İstanbulun Atatürk Hava Limanında eniş edib, sərnişinlər təyyarəni rahat tərk edib. Bundan sonra bir anda təyyarənin sağ arxa eniş təkərinin yastığı alovlanıb.
Türkiyənin Sondakika.com saytının məlumatına görə yanğınsöndürənlər alovun qarşısını alıb. Qısa təmirdən sonra təyyarə İstanbul-Bakı reysini müvəffəqiyyətlə yerinə yetirib.
Azərbaycan Hava Yolları yanğının səbəbi ilə bağlı hələ rəsmi açıqlama verməyib.