Accessibility links

İtkin düşən Malaziya təyyarəsinin yenidən axtarışına başlanılıb


İtkin düşən təyyarənin sərnişinlərinin yaxınları Pekində toplanaraq, axtarışların davam etməsini tələb ediblər. 8 mart, 2017

Təxminən dörd il əvvəl anidən radarlardan yoxa çıxaraq, itkin düşən MH370 nömrəli Malaziya təyyarəsi üçün yeni axtarış əməliyyatı başladılıb.

ABŞ-da yerləşən kəşfiyyat şirkəti olan "Ocean Infinity" sualtı dronlar vasitəsi ilə Hind okeanında axtarış başlayıb.

MH370 nömrəli təyyarə 2014-cü ilin mart ayında yoxa çıxmışdı. Kuala Lumpur – Pekin reysi ilə uçan təyyarədə əksəriyyəti çinli sərnişinlər olmaqla 239 nəfər var idi.

Avstraliya tərəfindən aparılan və keçən ilin yanvar ayında sonlandırılan axtarışlar zamanı təyyarəyə aid heç bir izə rast gəlinməmişdi.

Sonuncu axtarış tədbirləri üç ay davam etmişdi.

Bu günə qədər Hind Okeanının qərb sahillərindən MH370 təyyarəsinin qanadlarından biri də daxil olmaqla yalnız üç parçasını tapmaq mümkün olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG