Accessibility links

Tailandda Qırmızı Köynəklilər tərəfində olan tanınmış general başından vurularaq yaralanıb


Atışma təhlükəsizlik qüvvələrinin Banqkokda nümayişçilərin yaratdığı barrikadaları mühasirəyə alan vaxt baş verib

Tailandda hökumət əleyhinə Qırmızı köynəklililərin tərəfində olan general təhlükəsizlik qüvvələri Banqkokda etirazçıların düşərgəsinə yaxınlaşdığı zaman başından vurularaq yaralanıb.

Seh Daenq kimi tanınan general Nyu York Tayms qəzetinin müxbiri Tomas Fullerə müsahibə verərkən vurulub. Amerikanın səsinin müxbiri Daniyel Şörf Qırmızı köynəklilərin barrikadaları yaxınlığında baş verən hadisənin şahidi olub. Onun sözlərinə görə general snayper tərəfindən vurulub. General xəstəxanaya aparılıb.

Ordunun sözçüsü bu gün bildirmişdi ki, hərbi qüvvələr nümayişçiləri çıxarmaq üçün onların düşərgəsinə yaxınlaşdıqca müxtəlif yerlərdə snayperlər yerləşdiriləcək.

XS
SM
MD
LG