Accessibility links

Tailand mağarasında qalanların hamısı xilas edilib


Bu gün Tailandın su basmış mağarasından iki həftədən çox ilişib qalan yeniyetmə futbol komandasının üzvləri və məşqçi çıxarılıb.

Tam Luanq mağarasında qalan 12 yeniyetmənin və onların məşqçisinin xilasetmə əməliyyatları 3 gündür davam edir. Oğlanlardan dördü bazar günü, digər dördü bazar ertəsi, qalanları isə bu gün xilas edilib.

Tailandın səhiyyə naziri Cedsada Çokdumronsuk müxbirlərə xilas edilən 8 uşaqdan ikisində ağ ciyər infeksiyası aşkar edilməsinə baxmayaraq, ümumilikdə hamısının səhhətinin yaxşı olduğunu deyib.

Nazir ailə üzvlərinın heç bir infeksiyaya yoluxmamaları üçün oğlanların xəstəxanada azı bir həftə saxlanacağını bildirib.

Rəsmilərin dediyinə görə, bazar ertəsi xilasetmə əməliyyatları 9 saat çəkib ki, bu, bazar günü keçirilən əməliyyatlardan iki saat az vaxt aparıb.

Xilasetmə əməliyyatlarında xarici ölkələrın 13 və Tailandın Hərbi Dəniz Donanmasının beş dalğıcı iştirak edir.

Tailand Hərbi Dəniz Donanmasının sabiq üzvü, xilasetmə əməliyyatlarında könüllü iştirak edən Saman Qunan keçən həftənin cümə günü oksigen balonlarını mağaraya yerləşdirərkən həlak olub.

XS
SM
MD
LG