Accessibility links

“The Breadwinner” filmində hadisələr Talibanın idarə etdiyi Əfqanısdanda cərəyan edir [Video]


“The Breadwinner” filmində hadisələr Talibanın idarə etdiyi Əfqanısdanda cərəyan edir
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Ancelina Julinin adı hansısa filmdə çəkilirsə, deməli bu film mühüm bir mesaj verir. “The Breadwinner” – “Çörək qazanan” filmi də onlardan biridir. Bu, öz haqlarını tələb edən əfqan qızın hekayəsidir. Bu yaxınlarda Vaşinqton şəhərində ekrana çıxan bu filmin xüsusi qonaqları da var idi.

https://www.youtube.com/watch?v=yQBQw-Bh1pg

Bu, Pərvanədir. “The Breadwinner”- “Çörək qazanan” adlı cizgi filminin rejissoru və baş qəhrəmanı Oskar mükafatı laureatı Ancelina Julidir.

Hadisələr Talibanın idarə etdiyi Əfqanısdanda cərəyan edir. Qadınlara küçəyə təkbaşına çıxmağa icazə verilmədiyi üçün Pərvanə özünü oğlan kimi göstərir. O, ailəsinə yardım etmək üçün iş axtarır. Nora Debra: “Mən Debra Ellisin kitabını ilk dəfə oxuyanda, Pərvanənin xarakterini sevdim. O, güclü xarakterli bir qız olsa da, özünü adi balaca qız kimi də aparır. O bəzən gülməli olur, bəzən səhvlər edir, lakin o, çox ağır bir dövrdə yaşamağı bacarır.”

Filmin direktoru Nora Tvomi Filmə tamaşa etmək üçün Kanadanın Vaşinqtondakı səfirliyinə Əfqanıstanın birinci xanımı Rula Qani ilə gedib. Rula Qani: “Əfqanıstanda çox işlər görülsə də, bəzən lazımsız işlər də olub. Lakin bu, gülməli cizgi filmində insanların nələrdən keçdiyini görə bilirsən.”

“Corctaun Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu”nun direktoru Melani Verver filmin afghan qadınlarının hazırda və indiyə qədərki cəsarətini nümayiş etdirdiyini deyir. “Bu filmdə bir qızın ailəsinə dəstək olmaq üçün etdiklərini, eyni zamanda gücü, dəstəyi bir-birinə qayğını görmək olur. Bu, çox təsirli filmdir.”

2017-ci ildir və Əfqanıstanda qadınlar hələ də məşəqqətlə üzləşir. Lakin ölkənin birinci xanımı “The Breadwinner” kimi filmlərin onun başlıca niyyətini – qadınların təhsilini təşviq etdiyini deyir. “Təhsil çox vacibdir, çünki sən təhsil almısansa, onu heç kəs səndən ala bilməz. Gördünüz, bir az da olsa oxuyub yazmağı bacaran bu qız nəyəsə nail ola bildi.”

XS
SM
MD
LG