Accessibility links

"Danimarkalı qız" - Gerda və Eynarın məhəbbət hekayəsi [Video]


"Danimarkalı qız" - Gerda və Eynarın məhəbbət hekayəsi
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Oskar mükafatı laureatı rejissor Tom Huperin “The Danish Gir” –“Danimarkalı qız” filmi 1920-ci illərdə Kopenhagendə yaşayan məşhur rəssamlar Eynar və Gerda Uigenerin məhəbbət hekayəsindən danışır. Bir-birini hədsiz dərəcədə sevən bu ər-arvad arasındakı münasibət Eynarın kişi bədənində bir qadının olduğunu hiss etməsindən və onun əməliyyat edərək, cinsini dəyişmək istədiyindən sonra sınaqdan çıxır. Bu film həqiqətə əsaslanır.

Məşhur rəssam Eynar Uiger və onun xanımı portret ustası Gerda arasındakı məhəbbətə heç nə mane ola bilməz. Lakin onların arasında gərginlik Eynarın arvadının qarşısında bədənini açaraq, qadın kimi nümayişindən sonra başlayır.

Gerdanın istəyi ilə Eynarın qonaqlıqda özünü Lili kimi təqdim etməsi adi bir zarafatı böyük böhrana çevirir. Eynar tamamilə Lili obrazına girir və bu, bir-birini sevən cütlüyün romantik hekayəsindən onların ayrı-ayrı hekayəsinə çevrilir. Bu isə Lili olmaq üçün Eynarın cinsini dəyişmək üçün əməliyyat keçirməsi ilə nəticələnir.

“Bu hekayədə mənə ən qəribə gələni məhəbbətin dərinliyidir. Məsələ burasındadır ki, bu, nə genderdən, nə cinsi mənsubiyyətdən, nə dindən, nə də başqa bir şeydən asılıdır. Bu, qəlbdən gəlir” deyə aktyor Eddi Redmayn bildirir.

Keçən il əlil Stefen Houkinqin obrazını yaratdığına görə Oskar mükafatına layiq görülmüş aktyor Redmeyn Eynardan Liliyə çevrilir. Bu dəyişiklik o qədər dəqiqliklə edilir ki, tamaşaçı Lilinin həmişə mövcud olduğunu, lakin Eynarın simasında yaşadığını qəbul edir.

“Transgender qadınların olmadığı və qəbul edilmədiyi bir şəraitdə bunu bilmək və bununla yaşamaq böyük cəsarətdir” deyə aktyor bildirir.

Yeni ulduz Alisia Vikander də öz növbəsində gənc və Istedadlı, azad ruhlu, əzab çəksə belə. Lilini dəstəkləyən Gerda rolunu böyük məharətlə ifa edir.

XS
SM
MD
LG