"Crocus City Hall"da törədilən terror aktının qurbanlarından biri xəstəxanada dünyasını dəyişib. Bu barədə səhiyyə naziri Mixail Muraşko bildirib.
"Təəssüf ki, son dərəcə ağır vəziyyətdə olan zərərçəkənlərdən biri dünyasını dəyişib. Həkimlər mümkün olan hər şeyi ediblər". Bununla da ölənlərin sayı 140-a yüksəlib.
80 qurban, o cümlədən 6 uşaq müalicə üçün xəstəxanalarda qalır. 4 nəfərin vəziyyəti çox ağır, 19 nəfərin vəziyyəti ağır, 34 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. 76 nəfər artıq evə buraxılıb.
"Crocus"da terror aktı cümə günü, martın 22-də baş verib. Hücum edənlər insanların bir qismini güllələyib, əksəriyyəti yanğın zamanı, o cümlədən yanma məhsullarından boğularaq ölüb.
Hücuma görə məsuliyyəti İslam Dövləti qruplaşması öz üzərinə götürüb. Cinayətkarlar terror aktı yerindən qaça biliblər, lakin şənbə günü Rusiya FSB terror aktı ilə bağlı 11 nəfərin saxlanıldığını elan edib. Hücumun 4 birbaşa iştirakçısı bazar günü Basmannı məhkəməsi tərəfindən həbs edilib.
Fövqəladə Hallar Nazirliyi yanmış mərkəzin yerində dağıntıların təmizlənməsini martın 26-da başa çatdırıb. Ölənlərin ilkin siyahısına məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən edilmiş 120 nəfər daxildir.
Forum