Accessibility links

Rosaviasiya şirkətlərə xaricə uçuşları məhdudlaşdırmağı tövsiyə edib. Aeroflot bütün beynəlxalq uçuşları dayandırıb


"İnterfaks" Federal Hava Nəqliyyatı Agentliyinə (Rosaviasiya) istinadən bildirir ki, qurum Rusiya aviaşirkətlərinə xaricə bütün yük və sərnişin reyslərini dayandırmağı tövsiyə edib.

Rosaviasiya bildirib ki, tövsiyə “Rusiya aviaşirkətlərinə məxsus təyyarələrin xaricdə saxlanılması və ya həbs edilməsi riskinin yüksək olması” ilə əlaqədardır.

Məhdudiyyətlər saxlanılma və ya həbs olunma riski olmayan xarici və ya Rusiya qeydiyyatlı təyyarələri idarə edən daşıyıcılara, habelə Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrin aviaşirkətlərinə təsir etməyəcək. Rusiya aviadaşıyıcılarının ölkə daxilində uçuşları məhdudiyyətsiz davam edir.

Bu tövsiyələrlə bağlı açıqlamadan qısa müddət sonra Aeroflot martın 8-dən etibarən xaricə (Belarus istisna olmaqla) bütün uçuşların dayandırıldığını elan edib. Şirkət Martın 6-dan etibarən dönüş reysi 8-dən sonrakı tarixlərə planlaşdırılan şərnişinləri beynəlxalq səfərlərə buraxmayacaq. Bir istiqamətə bileti olan və Rusiyadan yola düşən sərnişinlərə uçuşlar dayandırılana qədər səyahət etməyə icazə veriləcək.

Məhdudiyyətlər həmçinin “Rossiya” və “Aurora” aviaşirkətlərinin beynəlxalq istiqamətdə uçuşlarına də təsir edəcək.

Təyyarələrin həbs riskinin artması bir çox ölkənin fevralın 24-də Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Ələlxüsus da ABŞ və Aİ ölkələri hava hövzələrini Rusiya təyyarələrinə bağladıqlarını açıqlayıb; Airbus və Boeing şirkətləri Rusiya təyyarələrinə xidmət göstərməyi və Rusiyaya ehtiyat hissələrinin tədarükünü dayandırıb; bundan əlavə lizinq xidməti təklif edən bəzi şirkətlər də Rusiya aviadaşıyıcıları ilə işləməkdən imtina ediblər.

XS
SM
MD
LG