Accessibility links

Dünya Azərbaycanlılarının beşinci qurultayı keçiriləcək


Dünya Azərbaycanlılarının V qurultayı aprel ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək.

Bu barədə aprelin 18-də Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, qurultay nümayəndələri əvvəlcə Bakıda toplaşacaq, sonra Şuşaya gedəcək. Tədbirdə dünyanın 65 ölkəsindən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.

Dünya Azərbaycanlılarının birinci qurultayı 2001-ci il 9-10 noyabrda, ikinci qurultayı 2006-cı il 16 martda, üçüncü qurultayı 2011-ci il 5-6 iyulda, dördüncü qurultay 2016-cı il 3-4 iyunda Bakıda keçirilib.

Dünyada nə qədər azərbaycanlının yaşaması barədə rəsmi statistika aparılmayıb. Bununla yanaşı, rəsmi Azərbaycan qəzetinin məlumatına görə, 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda 10 ölkədə 13 Azərbaycan evi, 25 ölkədə isə azərbaycanlıların 130 diaspor təşkilatını birləşdirən 13 Koordinasiya Şurası fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG