Accessibility links

Rusiya işğalının qlobal iqtisadiyyata təsiri


The Global Economic Impact of Russia's Invasion of Ukraine

Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyanın ən faciəvi humanitar böhranlarından birini yaratmaqla yanaşı, Ukraynanın hüdudlarından kənarda da hiss ediləcək ciddi iqtisadi təsirlərlə malikdir.

Ukrayna ərazisinə görə Avropanın ən böyük ölkəsidir və iqtisadiyyatında müşahidə edilən çətinliklərə baxmayaraq, qlobal ticarətdə əhəmiyyətli rol oynayır.

Münbit torpağına görə "Avropanın çörək səbəti" adlandırılan Ukrayna buğda ixracına görə dünyada beşinci, qarğıdalı və arpanın ixracına görə isə dördüncü ölkədir.

Ukrayna həmçinin dünyanın ən böyük toxum yağı ixracatçısıdır. Qlobal günəbaxan yağı təminatının 46 faizi bu ölkənin payına düşür.

Ukrayna kənd təsərrüfatı ixracatının əsas istiqaməti cənubdur. Məsələn, İndoneziya və Livan kimi ölkələr əhalisini qida ilə təmin etməkdə Ukrayna taxılından asılıdırlar.

Kənd təsərrüfatından əlavə, Ukrayna faydalı qazıntılarla zəngindir.

Ölkənin mədən sənayəsinin dəyəri 15 milyard dollardan çoxdur. Ukrayna dəmir və titan ixracına görə dünyanın müvafiq olaraq beşinci və dördüncü ölkəsidir.

Bundan əlavə, Ukrayna yarımkeçiricilərdə, fiber optiklərdə və işıq yayan diodlarda istifadə olunan qalium və germaniumun əhəmiyyətli istehsalçısıdır.

Rusiya işğalının qlobal iqtisadiyyata təsiri
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Ukrayna həmçinin yarımkeçiricilərin istehsalında istifadə edilən dünya neonunun təxminən 70 faizini və kriptonun 40 faizini istehsal edir.

Bu vacib texnologiya elementlərinin təchizatında pozuntular, ehtimal ki, COVID-19 pandemiyasının yaratdığı çip qatlığını daha da artıracaq.

Ukraynanın ixracının pozulması məsələnin yalnız bir hissəsidir. Rusiya bu hərbi müdaxiləyə görə öz iqtisadiyyatına ciddi zərər vurub.

Dünyanın altıda birini təşkil edən Rusiyanın qlobal əmtəə bazarlarında payı nəhəngdir.

Rusiya dünyanın ən böyük buğda ixracatçısı və ən böyük arpa və qarabaşaq istehsalçısıdır. Misir, Türkiyə və Banqladeş kimi ölkələrin qida tədarükü Rusiyadan asılıdır.

Bundan əlavə, Rusiya kənd təsərrüfatı gübrələrinin əsas ixracatçısıdır və dünya kalium ehtiyatının 18 faizinə və ammonyakın 20 faizinə sahibdir.

Rusiyanın geniş mədən sənayesi qlobal almaz istehsalı üzrə birinci, platin üzrə ikinci, qızıl üzrə üçüncü və gümüş üzrə dördüncü yerdədir. O cümlədən, ölkə vanadium və kobalt kimi nadir torpaq metallarının mühüm mənbəyidir.

Ən əsası isə, Rusiya dünyanın ən böyük təbii qaz təminatçısı və ikinci ən böyük neft ixracatçısıdır. Almaniya enerji ehtiyaclarını ödəmək üçün Rusiya qazından kəskin şəkildə asılıdır.

Rusiya Ukrayna işğalına görə ciddi beynəlxalq sanksiyalarla və cavab tədbirlərlə üzləşməkdədir. Bu isə dünya üzrə əsas sektorlarda qıtlıq və yüksək qiymətlərlə nəticələnə bilər.

Bununla belə, son hadisələr uzunmüddətli siyasi və iqtisadi münasibətlərin yenidən baxılmasına gətirib çıxara bilər. Belə ki, ölkələr Rusiya və Ukraynadan etdikləri idxalın itkisini başqa ölkələrdən gələn mallarla əvəz etməyə çalışırlar.

Münaqişə həm də bərpa olunan enerjiyə və nüvə enerjisinə keçidi sürətləndirə bilər. Belə ki, Qərb ölkələri hal-hazırda Rusiya nefti və qazından asılılığı azaltmaq əzmindədirlər.

Bütün bunlarla yanaşı, hal-hazırda beynəlxalq ictimaiyyət aqressiv və təhlükəli hökumətin təcridinin yaradacağı çətinliklərlə üzləşməklə bərabər, qlobal iqtisadiyyatı ayaqda saxlamağa çalışmaqdadır.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG