Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-də Ukraynaya dəstək mitinqinin keçirlməsi barədə qərar qəbul edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, Bakı şəhəri İcra hakimiyyətinə müraciətdə mitinqin keçirilməsi üçün yer olaraq "Məhsul" stadionu, metronun "Nərimanov" stansiyası yanındakı park və "Ukrayna" dairəsi təklif olunacaq.
“Mitinq Bakı şəhər icra hakimiyyətinin razılığı olacağı təqdirdə, təklif olunan meydanların birində baş tutacaq. Məqsədimiz Ukraynanın ərazi bütövlüyünün pozulmasına, dinc şəhərlərinin bombalanmasına xalqımızın etirazını nümayiş etdirmək, bu işğalçılıq müharibəsinin dayandırılmasını birlikdə tələb etməkdir,” o qeyd edib.
Milli Şuranın qərarına hələ rəsmi ququrmlar şərh verməyib.