Accessibility links

“The Zookeeper’s Wife” – “Heyvanxana sahibinin arvadı” [Video]


“The Zookeeper’s Wife” – “Heyvanxana sahibinin arvadı”
please wait

No media source currently available

0:00 0:02:19 0:00

İkinci Dünya Müharibəsi zamanı Polşa heyvanxanası faşistlərin zülmündən qaçan yəhidilər üçün sığınacaq idi. Rejissor Niki Karosun olmuş hadisəyə əsaslanaraq çəkdiyi “The Zookeeper’s Wife” – “Heyvanxana sahibinin arvadı” adlı filmi heyvanxana saxlayan Yan və Antonina Zabinskilərin öz və oğullarının həyatını riskə ataraq, insanların həyatını qurtarmalarından danışır.

1939 cü ilə, faşistlər Polşaya daxil olana qədər Varşava heyvanxanasının sahibləri Antonina və Yan Zabinskilər dolğun həyat yaşayırdı.

Faşistlərin hava hücumu zamanı heyvanxanadakı heyvanların çoxu ölür, qalanlarını isə qeyri-müəyyən gələcək gözləyir.

Aktyor Faniel Brohlun ifa etdiyi Lutz Hek acgözlük və ehtiras üzündən Antoninaya yardım əlini uzadan faşist zabitidir. Ssenarist Angela Uorkman Lutza tarixi fiqur kimi baxır. “O, Hitlerin baş zooloqu idi. Mənim fikrimcə onun ailəsi hələ də iribuynuzlu heyvan yetişdirməkdə davam edir. Filmdə onun haqda hər nə varsa doğrudur. Onun Antoninaya qarşı hissləri var. O, istədiyi vaxt gələ bilir. Onda heyvani hisslər güclü olduğu üçün mən onun yırtıcı olduğunu düşünürəm.”

Hekdən qorxmasına baxmayaraq, Antonina onun duyğularını manipulyasiya etməyə çalşır və heyvanxananı açıq saxlamaq, faşist ordusu üçün donuz ferması kimi istifadəsinə çalışır. Bundan sonra onlar yəhudiləri Varşava gettosundan qaçıraraq, heyvanxanadakı qəfəslərin altındakı tuneldə gizlədirlər.

Antonina rolunu ifa edən aktrisa Cessika Çesteyn heyvanlarla birlikdə insanların da qayğısına qalır.

Çox qadınla işləyən rejissor Niki Karo “Heyvanxana sahibinin arvadı” filmində Holokost hekayəsinə bir qadın perspektvindən nəzər salınır. “Qadınlar çox zaman zəiflik nümunəsi kimi qələmə verilir. Lakin Antonina kimi xarakterlər bizim həm zəif, həm də güclü ola biləcəyimizi göstərir.”

Antonina Zabinski heyvanxanada 300-ə qədər yəhudinin həyatını xilas edir. Gündüzlər onlar heyvanxananın zirzəmisində gizlənir, gecələr isə, o, pianoda çalmağa başlayanda oradan çıxırdılar. Bu, onun faşist gözətçiklərinin getdikləri ilə bağlı siqnalı idi.

XS
SM
MD
LG