Accessibility links

Pakistan təhlükəsizlik tədbirləri gücləndirib


Dünən Data Durbər məscidində minlərlə insanın toplaşdığı yerə hücum zamanı 180 nəfərdən cox insan yaralanıb

Pakistan rəsmiləri Lahor şəhərindəki məsciddə 42 nəfərin ölümü ilə nəticələnən iki kamikadze hücumundan sonra ölkədə dindarların üstünlük təşkil etdiyi yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Dünən təcavüzkarların məhşur müqəddəs Sufi türbəsi olan Data Durbər məscidində minlərlə insanın toplaşdığı yerə hücum zamanı180 nəfərdən cox insan yaralanıb. Polis bildirir ki, istintaq davam edir və ekspertlər hadisədə aşkar edilmiş iki şübhəli intiharçının bədən hissələri ilə təcavüzkarların kimliyini müəyyən etməyə çalışır. Partlayışlardan birinin məscidin həyətində, digərinin isə insanların namaz qılmasındadan əvvəl dəstəmaz aldıqları yerdə baş verib. ABŞ Pakistan Baş Naziri Yusif Giliani ilə birgə təcavüzü pisləyib. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

XS
SM
MD
LG