Accessibility links

Minlərlə insan Serbiyanın hakim populistlərini seçki saxtakarlığında ittiham edir


Belqrad, Serbiya. 30 dekabr, 2023.
Belqrad, Serbiya. 30 dekabr, 2023.

Şənbə günü minlərlə insan Serbiyanın paytaxtında yürüş keçirərək “oğrular” deyə şüarlar səsləndirib və Prezident Aleksandr Vuçiçin populist rəsmilərini bu yaxınlarda keçirilən ümummili seçkiləri saxtalaşdırmaqda ittiham edib.

Belqradın mərkəzində keçirilən yürüş dekabrın 17-də parlament və yerli seçkilər zamanı geniş yayılmış qanun pozuntuları ilə bağlı iki həftəyə yaxın küçə etirazlarına əlavədir. Beynəlxalq seçki müşahidəçiləri də seçki zamanı pozuntuların olduğunu qeyd edib.

Hakim Serbiya Tərəqqi Partiyası seçkinin qalibi elan edilib, ancaq əsas müxalif alyans, Serbiya Zorakılığa Qarşı, seçkininin, xüsusilə də Belqrad şəhər hakimiyyət orqanları səsvermənin oğurlandığını iddia edib.

Serbiya Zorakılığa Qarşı dekabrın 17-dən bəri səsvermənin ləğvi və təkrar keçirilməsi tələbi ilə hər gün keçirilən etirazlara başçılıq edir. Ötən həftə sonu keçirilən etiraz aksiyasında zorakılıq insidentləri və müxalifət tərəfdarlarının həbsindən sonra gərginlik artıb.

Şənbə günü keçirilən yürüşdə iştirak edən izdiham səsvermədən bəri aclıq aksiyası keçirən aparıcı müxalif siyasətçi Marinika Tepiçin mitinqə qatılmasını sevinclə qarşılayıb.

“Bu seçkilər təkrar keçirilməlidir,” zəif görünən Tepiç səhnədən izdihama əl yelləyərək deyib və bildirib ki, onun daha uzun nitqlə çıxış etməyə gücü yoxdur.

Bir digər müxalif siyasətçi Radomir Lazoviç beynəlxalq ictimaiyyəti “səssiz qalmamağa” çağırıb və qanun pozuntularını araşdırmaq və hakimiyyətə azad və ədalətli yeni seçki keçirmək üçün təzyiq etmək məqsədilə komissiya yaradıb.

Çıxışlardan sonra iştirakçılar dövlət seçki komissiyasının qərargahının yanından keçərək, seçki ilə bağlı şikayətlər barədə son qərarı verəcək Serbiyanın Konstitusiya Məhkəməsinə doğru yürüş ediblər.

Belqradlı etirazçı Rajko Dimitriyeviç deyib ki, o, yürüşə “alçaldılma” və “xalqın iradəsinin saxtalaşdırıldığını” hiss etdiyi üçün qatılıb.

Belqraddan olan bir digər etirazçı İvana Qrobiç deyib ki, o, həmişə etirazlara “daha yaxşı həyat istədiyim, bu ölkənin institutlarının işlərini görmələrini istədiyim üçün” qatılır.

Müxalifətin etiraz aksiyalarının davam edib-etməyəcəyi dərhal bəlli deyil. Şənbə günü keçirilən yürüş səsvermədən öncə yüksək seçici fəallığı üçün kampaniya aparan müstəqil vətəndaş təşəbbüsü olan ProGlas, yəni seçki-tərəfdarı, tərəfindən təşkil olunub.

Hakim partiyanın lideri Miloş Vuçeviç deyib ki, şənbə günü yürüşdəki “az sayda nümayişçi” “insanların onları [müxalifəti] istəmədiklərini göstərdi.”

Bir neçə qlobal müşahidə təşkilatlarının nümayəndələri, səslərin satın alınması və bülletenlərin toplu halda seçki qutularına atılması kimi bir sıra qanun pozuntuları barədə xəbər verəndən sonra müxalifət səsvermə ilə bağlı beynəlxalq təhqiqatın aparılmasına çağırıb.

Yerli seçki müşahidəçiləri həmçinin iddia edir ki, Serbiya və qonşu ölkələrdən seçicilər də qeydiyyatdan keçib və səs vermək üçün avtobusla Belqrada aparılıb.

Vuçiç və onun partiyası bu məlumatları “uydurma” adlandıraraq təkzib edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG