Accessibility links

Gecə klubunda baş vermiş partlayışla bağlı 3 nəfər həbs edilib


Bakının mərkəzində gecə klubunda baş vermiş partlayışla bağlı başlanmış cinayət işi üzrə 3 nəfər həbs edilib.

“İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Eyni zamanda əraziyə cavabdeh olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrinin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib və Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub,“ Baş Prokurorluğun məlumatında deyilir.

Aprelin 3-də paytaxt Bakının Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfər ölüb, 37 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Prokurorluq bildirir ki, ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

Həbs edilən şəxslərin vəkilləri və yaxınları prokurorluğun məlumatına hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG