Accessibility links

Çin:Tyananmen meydanında törədilən hücum əvvəlcədən planlaşdırılmış terror aksiyasıdır


Çinin dövlət mediasının bildirdiyinə görə, Pekinin Tyananmen meydanında müsəlman uyğurlar tərəfindən törədilən hücum əvvəlcədən planlaşdırılmış terror aksiyasıdır. İslamçı separatistlərin hücumunun 6500 dollarlıq vəsaitlə hazırlanıdığı deyilib. Çinin uyğurların məskunlaşdığı Sincan vilayətində təqiblərə başlandığı bildirilir.

Hadisə ilə bağlı 56 adam nəzarət altına alınıb. Münxendə yerləşən Dünya Uyğur Konqresi onsuz da dini və mədəni təzyiqlərə məruz qalan uyğulara qarşı yeni repressiya kampaniyası başlayacağından ehtiyat etdiyini bildirir.

Çinin daxili təhlükəsizlik naziri hücumun BMT, ABŞ və digər beynəlxalq qurumlar tərəfindən terrorist təşkilat kimi tanınan Şərqi Türküstan İslamçı Hərəkatının fəalları tərəfindən həyata keçirildiyini deyib.

Pekinin Tyananmen meydanında sport tipli avtomobilin qəzaya uğraması 5 nəfərin ölümünə, 38 nəfərin xəsarət almasına səbəb olub.

Polis avtomobilin meydan yaxınlığından ötdüyünü və sonra piyadaların üzərinə doğru irəliləyərək qəzaya uğradığını və alovlandıını deyib.
XS
SM
MD
LG