Accessibility links

Sümük sınıqları: 3D çaplı müalicə [Video]


Sümük sınıqları - 3D çaplı müalicə
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Sümük sınıqları - 3D çaplı müalicə

ABŞ Dövlət katibi Con Kerri keçən həftə Avropada velisoped sürərkən ayağını sındırıb. İdmançı dövlət adamının tamamilə sağalacağı gözlənilir. Ancaq sınığın müalicsi bəzən gipslə bitmir. Çox mürəkkəb sınıqlar metal bolt, şurup və ya sümüyü yerində saxlamaq üçün metal lövhə tələb edir.

Prashant Kumta fəqli seçim tövsiyə edir.

Prashant Kumta: "Həkimin arzusu xəstəxanada olan pasiyentə sərf olunan vaxtı minimuma endirməkdir."

Siz pasiyentin ayağa qalxıb gəzməsini və getməsini istəyirsiz.

Pittsburq universitetinin bio-mühəndislik üzrə professoru deyir ki, sümük sınıqları kimi hallarda müalicəni sürətləndirəcək bir neçə yol var.

Prashant Kumta: "Bugünkü texnologiyanın köməyilə əgər kimsə çox ağır sınıqla gəlsə, istər İraq və Əfqanıstanda döyüş yarası, istərsə də qəza hadisəsi, həkimin polad, titanium və ya parçalanmayan polimer material istifadə etməkdən başqa çarəsi yoxdur.”

Kumta və onun universitet məzunlarından ibarət komandası bədənin qəbul edə biləcəyi və bioloji baxımdan pasiyentin bədəninə uyğun 3D çap edilmiş material dizayn ediblər. Laboratorya şəraitində onun komandası maqnesium və dəmir qarışığı əldə ediblər.

Prashant Kumta: "Biz onların sümük hüceyrələrilə necə reaksiyaya girdiyini laboratoriya şəraitində gördük. Həmçinin müvəffəqiyyətlə 3D çapı başa vurduq.”

Mürəkkəb yerinə 3D printerin kartricində xüsusi yapışqan var. Kompyuter mineral tozla damlacıqları qarışdırmaq üçün siqnallar göndərir. Nəticədə bir dəfəyə bir qata malik xüsusi hissə çap olunur.

Kumtanın komandası həmçinin kalsium fosfat mastikası üzərində işləyirlər. Bunun köməyilə sınmış sümüklər arasında boşluqlar doldurulacaq. 3D çap edilmiş bioloji lövhə və ya bolt həmin yeri bir yerdə saxlayacaq.

Prashant Kumta: “Lövhə ağırlığa tab gətirən lazımı mexaniki gücü təmin edəcək. Mastika isə sümüyün formalaşması və sağalmasına kömək edəcək.”

Kumta deyir ki, müalicə pasiyent üçün inqilab deməkdir. O deyir ki, bolt və ya lövhəni implant etməkdənsə, həkimlər bədənə regenerativ özünü sağaltma qabiliyyətini qaytaracaq.

XS
SM
MD
LG