Accessibility links

Tibb bacıları işlərini tərk edir - Səbəb psixoloji sağlamlıq problemləridir


COVID-19 pandemiyası zamanı psixoloji sağlamlıq problemləri olan tibb bacılarının sayı əhəmiyyətli dərəcədə artıb.

Beynəlxalq Tibb Bacıları Şurasının (ICN) sorğusu göstərir ki, pandemiya başlayandan bəri psixoloji sağlamlıq problemli tibb bacılarının sayı bir çox ölkədə 60%-dən 80%-ə yüksəlib.

Tibb bacıları deyir ki, psixoloji gərginlik müxtəlif məsələlərdən qaynaqlanır.

Səhiyyə sektoru COVID-19-dan əvvəl artıq kadr çatışmazlığı ilə üzləşirdi və bir çox tibb bacısı xəstələrin sayının artmasına görə daha çox işlə məşğul olurdu. İndi 2 xəstə üçün 1 tibb bacısı tövsiyə olunur.

Karyerasını tibb bacısı kimi başlyan “Klara” deyib ki, o, “böyük iş yükləri, böyük həcmlər, qeyri-kafi resursla” qarşı-qarşıyadır. Bir səhv addım həyat və ölüm arasında seçim və potensial olaraq karyerasını məhv edə bilər.

Aleks Kaspin həddən artıq iş, həddən artıq yorğunluq və həddən artıq yüklənmədən panika pozğunluğundan əziyyət çəkirdi. Bu yaxınlarda o, Filadelfiya təcili yardım şəbəsindən çıxıb.

Bu, şəhərdə COVID-19 yoluxmlarının artan qətl nisbəti ilə üst-üstə düşdüyü vaxta təsadüf edib.

ABŞ-da zorakılıqlar və COVID-19 xəstələrinin sayının artmas ıilə Kaspin,özü üçün təyin etdiyi standartlardla səhiyyə sahəsində xidmət göstərə bilməyəcəyini hiss edib. Stresə COVID-19-a qarşı peyvənd olunmamış xəstələr əlavə olub.

20 yaşlarında olan bir neçə COVID-19 xəstəsi ilə bağlı xatirələri onu təqib edir. Kaspinin bildirdiyinə görə, nəfəs alma borusunu yerə qoymazdan dərhal əvvəl dedikləri son şey. “Mən indi peyvənd istəyirəm. Zəhmət olmasa, indi mənə peyvəndi vurun.”

Hazırda bir çoxları tibb bacısı saatda 30 dollarlıq işlərini tərk edir.

Onlar saatda 120 dollarlıq səyyar şəfqət bacıları işinə üstünlük verir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG