Accessibility links

Tibbi yanlışlıqlar birnömrəli ölüm səbəbləri arasındadır [Video]


Tibbi yanlışlıqlar birnömrəli ölüm səbəbləri arasındadır
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Çox sayda insanın tibbi xətalara görə öldüyü haqda yəqin çox eşitmisiniz. Amerikada aparılan son araşdırmalardan məlum olub ki, tibbi yanlışlıq bu ölkədə birnömrəli ölüm səbəbləri arasındadır.

"Tibbi xətalar xəstəlik kimi müalicə edilməsə, bu, dünyada ölüm səbəbləri arasında 3-cü olacaq."

Marti Makarinin rəhbərlik etdiyi araşdırmada deyilir ki, bir çoxları insanların ölümünə tibbi yanlışlıqların yol açdığından xəbərsizdir.

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatı xəstələrin xəstəlik tarixcəsi, təhlilləri və müalicə kodlarından istifadə edərək ölümlərin əsil səbəblərini aşkar etməyə çalışır. Doktor Makarinin dediyinə görə, bu kodlarsız problemi üzə çıxarmaq və onunla mübarizə aparmaq mümkün deyil. O, təbabətdə yalnız bu sahədə sənədləşdirmə aparılmadığını bildirir.

"Məsələn, xərçəng xəstəsi qeydiyyatdan keçirilir. Yaşı, xəstəliyin dərəcəsi sənədləşdirilir. Bu məlumat hər il milyonlarla dollarlıq statistika göstəricilərinə əlavə edilir. Bu üsül tibbi təxalar üçün də tətbiq ediməlidir."

Yanlışlıqlara tibb işçiləri çatışmazlığı, onların kifayət qədər təcrübəli olmaması yol aça bilər.

Lakin təhükə bununla bitmir.

"Ən böyük təhlükə təcili yardım stansiyalarıdır."

Burada növbələrin dəyişməsi və xəstələri prosedurlara yollayarkən sənədlərin ötürülməməsi kimi problemlər var. Doktor Makari deyir ki, xətaları tamamilə aradan qaldırmaq mümkün olmasa da, heç olmasa onların bir çoxuna tədricən mane olunması mümkündür.

"Tibbi yanlışlıqlar sənədləşdirilsə, problem həll edilə bilər."

Bu, bütöv sistemdə dəyişiklik tələb edir. Səhiyyə işçiləri qüsurları aşkar etməklə, onlara yol verilməsinə mane ola bilər.

XS
SM
MD
LG