Accessibility links

Bakıda I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayıb


İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasimi
İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasimi

Sentyabrın 15-də İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasimi olub.

AZƏRTAC agentliyinin məlumatına görə, açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Rusiya səhiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.

İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasimi
İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasimi

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib ki, Rusiyanın nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq.

Filialda tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada iki anatomiya sinif otağı, kompyuter zalları, histologiya auditoriyası, tibb tarixi otağı yaradılıb. Bu ali təhsil ocağı ən müasir dərs vəsaitləri, tibb, interaktiv tədris avadanlıqları ilə təmin

Prezident İlham Əliyev I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında 2015-ci il mayın 15-də sərəncam imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG