Accessibility links

Azərbaycanda ilk dəfə hamilə qadın ürəyindən əməliyyat edilib


Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universiteti

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişib. Bu, dünyada üçüncü uğurlu əməliyyat hesab olunub. Bu barədə Tibb Universitetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 35 yaşlı qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə klinikaya müraciət edib.

O vaxt onda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edilib, mexaniki klapan yerləşdirilib. Bundan sonra həkimlərin məsləhətlərinə baxmayaraq xanım hamilə olmağa qərar verib. Həkim nəzarətində olan ananın dölün 6-cı ayında səhhəti pisləşib və son günlər mexaniki klapanın trombozlaşması aşkarlanıb. Bu zaman həkimlər komissiyası təcili əməliyyata qərara verib.

“Burada əsas məqsəd ananın həyatını xilasa etmək idi. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçdi - həm ananı, həm dölü qurtara bildik”, Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov bildirib.

Əməliyyatda ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahı Seymur Musayev, II mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov iştirak edib.

Seymur Musyaev bildirib ki, çox çətin bir əməliyyat olsa da, proses uğurla başa çatıb.

“Hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar. Ürəyi əməliyyat olunan xanım normal doğuş keçirə biləcək”, o qeyd edib.

Klinikanın baş həkimi Asiman Həsənov əməliyyatın nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirib.

“Çünki bundan əvvəl dünyada cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG