Tibetdən daxil olan xəbərlərə əsasən Tibetin azadlığını tələb edən növbəti etirazçı özünü yandırıb. Beləliklə etiraz əlaməti olaraq özünü yandıran tibetlilərin sayı 54-ə çatmış olur.
Mənbələr bildirir ki, 27 yaşlı iki uşaq atası Sanqay Gyatso şərqi Tibetdə Dokar məbədi yaxınlığında özünə od vurub. Onun öldüyü güman edilir.
Cümə axşamı tibetli yazışı Qudrup Naqçu şəhərində özünü yandırmışdı.
Cümə günü Tibetin mühacirətdə olan hökumətinin lideri baş nazir Lobsanq Sanqay Çin hökuməti ilə muxtariyyat üzrə danışıqlara hazır olduğunu bildirmişdi. O, əlavə etmişdi ki, rəsmi Pekindən hökumətdə ilin sonunda dəyişikliklər baş verməyənədək danışıqlara başlamağı gözləmir.