Accessibility links

Xarici ticarət saldosu profisiti 2 mlrd. dollara yaxınlaşıb


Bu ilin səkkiz ayı ərzində Azərbaycanın dünyanın 180 ölkəsi ilə xarici ticarət əməliyyatlarının həcmi 12 mlrd. 523,8 mln. dollar təşkil edib, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% azdır. Xəbəri Dövlət Gömrük Komitəsi (DGK) yayıb.

Bu dövr ərzində Azərbaycan 7 mlrd. 223 mln. dollarlıq mal ixrac edib ki, bu da ötən ildə olduğundan 12,6% azdır. Eyni dövr ərzində ümumi məbləği 5,3 mlrd. dollar olan (-4,2%) mal idxal edilib. Beləliklə, 2017-ci ilin səkkiz ayı ərzində xarici ticarət əməliyyatlarının müsbət saldosu 1 mlrd. 992 mln. dollar təşkil edib.

Dövlət sektorunun payına 13,1% idxal düşür (697,5 mln. dollar). Dövlət təşkilatları mal idxalını 131 mln. dollar azaldıblar. Bu zaman sözügedən dövrdə dövlət qurumlarının mal ixracı (5 mlrd. 690 mln. dollar) 24% artıb.

İlin əvvəllərindən Azərbaycan xaricə ümumilikdə 963,4 mln. dollar dəyərində qeyri-neft təyinatlı mal ixrac edib, bu da ölkənin ümumi ixracının 13,3%-nə bərabərdir, deyə DGK-nin məlumatında qeyd edilir.

XS
SM
MD
LG