24 fevral 2022-ci ildən etibarən 5 milyondan çox insan Ukraynanı tərk edib. Lakin Fevralın 28-dən etibarən ümumilikdə bir milyondan çox ukraynalının isə Qərb sərhədini keçərək Ukraynaya geri qayıtdığı bildirilir. Bu geri qayıdışların səbəblərini və insanların niyyətlərini anlamaq üçün Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Moldovadan Ukraynaya keçən insanlarla Ukrayna sərhədi yaxınlığındakı keçid məntəqələrində, qəbul məntəqələrində və dəmiryol vağzallarında çox sayda müsahibələr aparılıb. Alınan cavablarda ailələri ilə görüşmək, öz şəhərlərində təhlükənin azaldığını düşünməkləri, ehtiyacları olan təchizatları almaq üçün müvəqqəti ziyarət, geridə qalmış ailə üzvlərinin təxliyəsinə dəstək olmaq kimi fərqli səbəblər var. Həmçinin bu insanlardan beş faizi isə qonşu ölkədə mənzil tapmaqda çətinlik çəkdiklərini açıqlayıblar. Biz də Ukraynanın qonşu dövlətlərindən olan Macarıstanın paytaxtı Budapeştdə yerləşən Nyuqati vağzalında bu məsələ ilə bağlı həm orada çalışan könüllülərə, həm də geri dönməyə çalışan Ukraynalılara öz suallarımızı ünvanladıq. Müsahibimiz- Nyuqatidə könüllü çalışanlardan biri Kyivə gedən qatarların biletlərinin tez bir zamanda tükəndiyini, hətta tələbatın çoxluğu nəticəsində insanların biletləri əvvəlcədən bron etməli olduqlarını dedi. Müsahibimiz Anna isə Ukraynaya qayıtmaq üçün bilet alan insanlardan biri idi, o Macarıstanda ona hər cür köməklik göstərildiyini və Ukraynaya geri qayıtmaq istəməsinin səbəblərini bizə açıqladı.
Episodes
-
Oktyabr 13, 2024
Vaşinqtonda COP29 konfransına həsr olunmuş tədbir keçirilib
-
Oktyabr 12, 2024
“Fərqi yoxdur, böyük, ya balaca biznes, stress eynidir”
-
Oktyabr 12, 2024
"Oktyabr sürprizi" nədir?