Accessibility links

Baki meriyası qanunsuz tikililərin söküntüsünə başlayıb


Qanunsuz tikili
Qanunsuz tikili

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda qanunsuz tikili və obyektlərin, zəbt olunmuş torpaq sahələrinin hasarlarının sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi, həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarların sökülərək burada sakinlərin istirahəti üçün “Abad məhəllə” və “Nümunəvi həyət”lərin yaradılması istiqamətində işlərə start verib.

Qanunsuz tikili
Qanunsuz tikili

Bakı şəhər İcra hakimiyyətinin məlumatına görə ilk işlərə paytaxtın Xətai rayonunda başlanıb.

“Rayonda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb. Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işlərinə başlanılıb. Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi işləri aparılır. Bu işlər rayonun digər yerləri və eləcə də paytaxtın bütün rayonlarında aparılacaq”, məlumatda deyilir.

Qanunsuz tikili
Qanunsuz tikili

Məlumatda deyilir ki, paytaxtın mərkəzi və ətraf rayonlarda yol verilmiş nöqsanların aradan qaldırılması, səkilərin, yolların, keçidlərin gediş-gəlişə mane olan tikili və obyektlərdən təmizlənməsi, sakinlərə narahatçılıq yaradan digər amillərin aradan qaldırılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrup tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkarlanması üçün reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

Sosial şəbəkə iştirakçıları Bakının bütün rayonlarında, o cümlədən mərkəzdə Səbael rayonu ərazisində çoxsaylı küçələrdə səkilərin qanunsuz olaraq zəbt edildiyini yazır. Bakı meriyası bu tədbirləri Xətai rayonunda davam etdirdiyi günlərdə Səbael rayonunda, 28 may metro stansiyasının qarşısında əhalinin gediş-gəlişinə mane olacaq azı iki köşk quraşdırılıb.

Bununla yanaşı, səkilərdə, avtobus dayanacaqlarında və digər yerlərdə qanunsuz tikililər və biznes obyektləri icra hakimiyyəti rəsmilərinin gözü qarşısında tikilib. Ekspertlər paytaxtda on minlərlə qanunsuz tikililərin olduğunu bildirir.

XS
SM
MD
LG