Accessibility links

İraqın Tıkrıt şəhərində silsilə intiharçı hücumları


İraqın Tıkrıt şəhərində silsilə intiharçı hücumları nəticəsində 22 adam həlak olub.

5 hücumçu polis patrul məntəqəsini hədəf alıb. Hücumçular polis idarəsinin rəisinin evinə hücum edib.

Şəhər Şurasının Associated Press-ə bildirdiyinə görə, təhlükəsizlik qüvvələri 3 intiharçını qətlə yetirib. Digər ikisi isə özünü partladıb. Ölənlər arasında polis işçiləri də var. 31 adam müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücumun məsuliyyətini üzərinə alan olmasa da, İŞİD İraqın ikinci böyük şəhəri Mosulda binabənzər hücumlar həyata keçirir.

İraq qüvvələri İŞİD yaraqlılarını 2015-ci ilin aprel ayında şəhərdən çıxarıb. Lakin o vaxtdan bəzi şəhər və ətrafları böyük hücumlara səhnə olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG