ABŞ dövlət katibi Reks Tillerson Türkiyə prezidenti və xarici işlər naziri ilə görüşmək məqsədi ilə Ankaradadır.
Ərdoğan və Cavuşoğlu ilə müzakirələrin diqqət mərkəzində Suriya və Amerikanın YPG-yə verdiyi dəstək yer alır.
Tillerson Ankaraya səfər etməzdən əvvəl Livanda keçirilən mətbuat konfransında Vaşinqtonun kürd qüvvəsi olan YPG-ni heç vaxt silahla təmin etmədiyini bildirib.
Türkiyənin dövlət başçısı keçən həftələr Vaşinqtonu YPG-yə 5 min yük maşını və 2 min təyyarə ilə silah göndərməkdə ittiham etmişdi.
Türkiyə artıq 3 həftədən çoxdur Suriyada kürd qüvvələrinə qarşı Zeytun budağı adlandırdığı əməliyyata start verib.
Tillersonun bu məsələni də gündəmə gətirəcəyi gözlənilir.