Accessibility links

ABŞ dövlət katibi Argentina prezidenti ilə bağlı qapılar arxasında görüş keçirib


ABŞ dövlət katibi Argentina prezidenti ilə bağlı qapılar arxasında görüş keçirib. Görüş Reks Tillersonun Cənubi Amerikaya 5 günlük səfərinin səfərinin ikinci günü baş tutub.

Reks Tillersonun böhran yaşanan Venesuelada demokratik islahatların tətbiqi məsələsini gündəmə gətirib.

Tillersonun səfərinə Meksika, Argentina, Peru, Kolumbiya və Yamayka daxildir. Səfər fevralın 7-də başa çatacaq.

Dövlət katibi ilk öncə Meksika prezidenti Enrike Pena Nieto ilə azad ticarət, qanunsuz mühacirət kimi məsələləri müzakirələr keçirib.

Dövlət Departamentinin rəsmisi ABŞ-ın bütün siyasi, diplomatik və iqtisadi vasitələrdən istifadə edərək, Venesueladakı vəziyyəti diqqətə çatdıracağını bildirib.

Venesuela artıq beşinci ildir ki, siyasi və iqtisadi böhran içərisindərir.

ABŞ-ın Maliyyə Nazirliyi o ölkənin yüksək rütbəli hərbi rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Onllar korrupsiya, ərzaq, dərman qıtlığı və insan haqlarının pozulmasında ittiham edilir.

Avropa İttifaqı da Venesuelaya sanksiyalar tətbiq edib.

ABŞ Venesuela hakimiyyətini demokratik idarəçiliyi bərpa etməyə və azad seçkilər keçirməyə çağırır.

Bu ilin avqustunda Venesuelada “Konstitusiya assambleyası”na seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşib.

Bu yeni siyasi orqan ölkə konstitusiyasını dəyişmək üçün yaradılıb.

“Konstitusiya assambleyası” avqustun ortalarında müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.

Əksər qərb ölkələri və beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.

Bu ilin aprelindən ölkədə etiraz aksiyaları keçirilir.

Bu müddət ərzində hərbçilər aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG