Accessibility links

Şimali Koreya təhlükəsi Tillersonun Asiya səfərinin diqqət mərkəzindədir


ABŞ dövlət katibi Reks Tillerson Çin prezidenti Şi Tsinpinlə Pekində görüş zamanı
ABŞ dövlət katibi Reks Tillerson Çin prezidenti Şi Tsinpinlə Pekində görüş zamanı

ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, ABŞ və Çin bazar günü raket sənayesi tarixində "yeni dövr" adlandıraraq raket sınağı keçirən Şimali Koreya məsələsinin təxirəsalınmaz bir məsələ olduğunu hesab edir.

Şimali Koreya ilə bağlı narahatlıqlar və ölkə tərəfindən gələn təhlükələrin artması Tillersonun Asiya regionuna ilk səfəri zamanı müzakirələrin diqqət mərkəzində olub. ABŞ dövlət katibi Yaponiya, Cənubi Koreya və Çinə səfər edib.

Donald Tramp administrasiyası məsələnin həllinin yeni yollarını axtarır. Regionda böyük narahatlığa səbəb olan Şimali Koreya ilə bağlı problemin həllində isə Çinlə birgə iş əsas məsələrlədən biridir.

"Biz hər hansı bir münaqişənin baş verməsinin qarşısının alınması üçün mümkün hər şeyi etmək kimi öhdəlik götürmüşük. Və biz qarşımızda bir sıra addımları nəzərdən keçiririk"-deyə Tillerson Çin xarici işlər naziri Vanq Yi ilə birgə mətbuat konfransında bildirib.

ABŞ dövlət katibi Reks Tillerson Yaponiyanın baş nazir Şinzo Abe ilə görüş zamanı
ABŞ dövlət katibi Reks Tillerson Yaponiyanın baş nazir Şinzo Abe ilə görüş zamanı

Nə Tillerson, nə də Vanq hansı addımların nəzərdən keçirildiyi ilə bağlı detalları açıqlamayıblar. Hələlik Vaşinqton və Pekin arasında məsələ ilə bağlı vahid baxışın olub-olmadığı aydın deyil.

Tillersonun Pekinə yetişməsindən öncə prezident Donald Tramp Çini kifayət qədər iş görmədiyinə görə tənqid edib.

"Şimali Koreya özünü pis apaırr. Onlar illərlədir Birləşmiş Ştatlarla oyun oynayır. Çin kömək üçün kifayət qədər iş görməyib!"-deyə Tramp Tvitter səhifəsində yazıb.

ABŞ dövlət katibi Reks Tillerson Cənubi Koreyanın xarici işlər naziri Yun Byung-se ilə birgə mətbuat konfransında
ABŞ dövlət katibi Reks Tillerson Cənubi Koreyanın xarici işlər naziri Yun Byung-se ilə birgə mətbuat konfransında

Lakin Çin xarici işlər naziri Tillersona deyib ki, sanksiyaların tətbiq edilməsi və danışıqlara yenidən başlanılması hamının məsuliyyətidir.

Çindən öncə Yaponiyada olan Tillerson Şimali Koreyanın nüvə ambisiyalarının qarşısının alınması üçün son 20 ildə göstərilmiş diplomatik və başqa səylərin baş tutmadığını elan edib.

Seulda olan zaman isə dövlət katibi Tillerson hərbi ölçülər də daxil olmaqla bütün variantların masa üzərində olduğunu deyib.

"Əgər Şimali Koreya Cənubi Koreyanı, ya da bizim qüvvələrimizi hədələyən fəaliyyətlər göstərsə, buna müvafiq cavabla qarşılaşacaq. Onlar silah proqramını bizim təhlükəli hesab edərək, müdaxiləyə ehtiyac olduğu səviyyəyə çatdırsa, bu variant da masa üzərindədir"-deyə Tillerson Cənubi Koreyanın xarici işlər naziri Yun Byunq-se ilə birgə mətbuat konfransında bildirib.

Reks Tillerson Çin prezidenti Şi Tsinpinə prezident Trampın iki ölkə arasında anlaşmanın artmasını və "gələcəkdə səfər imkanı"nı gözlədiyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG