Accessibility links

ABŞ dövlət katibi 3 ölkəni əhatə edən Asiya səfərinə başlayır


ABŞ dövlət katibi 3 ölkəni əhatə edən Asiya səfərinə başlayır. Reks Tillerson ilk dayanacağı olan Yaponiyada Şimali Koreyanın nüvə təhlükəsi məsələsini gündəmə gətirəcək.

ABŞ dövlət katibi Yaponiyanın baş naziri Şinzo Abe və xarici işlər naziri Fumio Kişida ilə görüşəcək.

Cümə günü Cənubi Koreyaya gedəcək Tillerson o ölkənin müvəqqəti prezideti Hvanq Kio-ahnla müzakirələr kecirəcək. Dövlət katibinin müxalifət təmsilçiləri ilə görüşü cədvəldə yer almır.

Tillerson səfərini Çində başa vuracaq. Çinin dövlət başçısı Tsi Tsinpinqlə görüşü zamanı Tillersonun aprel ayında Donald Trampla Floridada təşkil ediləcək sammitə zəmin hazırlayacağı gözələnilir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG